“Qızım dağıntılar altındadır” – Tehranda ananın fəryadı
Tehranın yaşayan bir qadın dağıntılar altında qalmış qızını axtarır. Aylarla xilasetmə işçiləri qızının yaşadığı mənzilin dağıntılarını qazmasını gözləsə də işçilərin kifayət qədər qüvvəsi olmadığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Qızım dağıntıların altındadır… Qaranlıqdan qorxur”, – deyə qadın fəryad edib.
Qeyd edək ki, son bir ay ərzində İran ABŞ və İsraillə münaqişədə olub. Hər iki ölkə Tehranda rejimlə əlaqəli hədəflərə zərbələr endirir. Vurğulanan binada hücumlar nəticəsində 40–50 nəfərin öldüyü və çox sayda insanın evsiz qaldığı bildirilir. Belə ki, qadının qızı və onun kiçik qızı dağıntılar altında tapılıb, əri isə sağ qalıb.
Sakinlərin sözlərinə görə, zərbələr eyni hədəfə ardıcıl bir neçə dəfə endirilib. Hətta 65 metr məsafədəki binalara da ciddi ziyan dəyib. Hərbi ekspertlər bildirir ki, İsrail Mark 80 seriyasından olan, 907 kq ağırlığında Mark 84 tipli dəqiq zərbə bombalarından istifadə edir.
Fatimə
18:29 27.03.2026
Oxunuş sayı: 74