Vətəninə aşiq lider: Muhsin Yazıcıoğlunun anım günüdür
“Ordu gözbəbəyimizdir, amma namlusunu milətə çevirmiş tanka salam durmaram”.
Bugün, Türk siyasət tarixinin unudulmaz simalarından biri, Böyük Birlik Partiyasının qurucusu Muhsin Yazıcıoğlunun helikopter qəzasında həyatını itirməsindən 17 il keçir. 25 Mart 2009-cu ildə Kahramanmaraşın Göksun bölgəsində baş verən faciə, Yazıcıoğlunun və yanında olan 5 nəfərin həyatına son qoydu və Türk siyasi tarixində dərin iz buraxdı.
Erkən yaşdan siyasətə
31 dekabr 1954-cü ildə Sivasın Şarkışla rayonunun Elmalı kəndində doğulan Yazıcıoğlu, gənc yaşlarından milli və mənəvi dəyərlərə bağlı bir şəxsiyyət kimi yetişdi. Orta məktəbi və ilk təhsilini Şarkışla rayonunda başa vurduqdan sonra Ankara Universitetinin Veterinariya fakültəsini bitirdi.
Siyasətə hələ 14 yaşında “Genç Ülkücüler” hərəkatına qoşularaq başladı. Bu gənc yaşda göstərdiyi təşəbbüs onun gələcək liderliyinin ilk əlaməti idi. 1972-ci ildə Ankaraya köçdükdən sonra Ülkü Ocaklarında fəaliyyət göstərdi və qısa müddətdə yüksələrək gənclər hərəkatında əhəmiyyətli rol oynadı. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyinin qurucu başqanı oldu, 1980-ci ildə isə Milliyyətçi Hərəkat Partiyası (MHP)-də baş müşavir vəzifəsini tutdu. O, gənclərin düzgün tərbiyəsi və vətənpərvərliyi üçün “Əllər silah yox, qələm tutmalıdır” prinsipini daim təbliğ edirdi.
Həbs illəri və çətin sınaqlar
12 sentyabr 1980 hərbi çevrilişi sonrası Yazıcıoğlu, “MHP və Ülkücü Quruluşlar Davası”nda mühakimə olunaraq 7,5 il həbsdə qaldı. Bunun 5,5 ili isə təkcə hücrədə keçdi. Buna baxmayaraq, o, ideallarından və vətən sevgisindən heç vaxt vaz keçmədi.
Həbsdə olduğu illərdə yazdığı şeirlər və düşüncələr onun dərin mənəvi dünyasını və ideallarını göstərirdi. “Gül” adlı şeirində sevgi, ümid və insanlıq mövzularını vurğulayırdı:
“Gül, gül ki, gül üzündə minlərlə güllər açılsın
Gül bağı gül üzündən sevgi toplasın, dəstələr dəstələr
Sevgidə güllər açılsın, güllər sevgi dağıtsın
Sevgi ilə baxırsansa, gül kimi görürsənsə, sən bəxtiyarsan…”
Böyük Birlik Partisinin quruluşu
1987-ci ildə siyasətə qayıdan Yazıcıoğlu, Milliyyətçi Çalışma Partiyasının (MÇP) köməkçisi oldu. Lakin siyasi anlayışları ilə partiyanın mövqeyi arasında fərqlər artdıqca, 1993-cü ildə MÇP-dən ayrıldı və Böyük Birlik Partiyasın (BBP) qurdu.
BBP qısa zamanda Türk siyasətində əhəmiyyətli mövqe qazandı. Yazıcıoğlu, partisini “Xəzinədən yardım almadan siyasət edən yeganə partiyadır” sözləri ilə tanıtdı. 1995 və 2007-ci illərdə millət vəkili seçilərək TBMM-də fəaliyyət göstərdi və prinsipial duruşu, açıq danışığı ilə geniş kütlələrə nüfuz etdi.
Helikopter qəzası və faciə
2009-cu il yerli seçkiləri üçün Yazıcıoğlu, Kahramanmaraşdakı mitinqə qatılmaq məqsədilə ilk dəfə helikopteri kirayə götürdü. 25 Mart 2009-cu il tarixində helikopter Göksun rayonunda qəza etdi. Qəza nəticəsində Yazıcıoğlu və yanında olan 5 nəfər həyatını itirdi.
Cəsədlər günlər sonra Keş Dağı Kurudere Kanlıçukur bölgəsində tapıldı. Yazıcıoğlu, Kocatepe Məscidindən Taceddin Dərgahına dəfn edildi. Bu faciə, Türkiyə və bütün Türk dünyasında böyük kədər yaratdı. Sözləri və şeirləri
Yazıcıoğlu siyasətdəki sözləri ilə də yadda qaldı:
“Bir saniyəsinə belə sahib ola bilmədiyimiz bir dünya üçün bu qədər fırıldaq olmağa gərək yoxdur”.
“Firona qarşı çıxmaq kifayət etmir, Musanın yanında olmaq lazımdır”.
“Ordu gözbəbəyimizdir, amma namlusunu milətə çevirmiş tanka salam durmaram”.
Helikopter qəzasından sonra tapılan “Üşüyürəm” adlı şeiri onun vətənpərvər ruhunu və insanlığa olan bağlılığını simvolizə etdi:
“…Huzur dolu içimdə
Mən sonsuzluğu düşünürəm
Ey sonsuzluğun sahibi, sənə çatmaq istəyirəm
Durun, pəncərələrimi bağlamayın, Günəşimi örtməyin
Beton çox soyuq, üşüyürəm…”
Yazıcıoğlu, Gülefer Yazıcıoğlu ilə evli idi və Firuzə və Furkan adlı iki övladı vardı. Ailə həyatına böyük önəm verən Yazıcıoğlu, həm də sadə və nümunəvi həyat tərzi ilə tanınırdı. Onun adı, Sivas başda olmaqla Anadolunnun bir çox şəhərində park, küçə, məktəb və məscidlərdə yaşadılır. Vətən sevgisi, prinsipial mövqeyi, zərbələrə qarşı duruşu və gənclərə verdiyi önəm hələ də Türk siyasətində ilham mənbəyidir. Muhsin Yazıcıoğlunun həyatı və idealları, gələcək nəsillərə vətənpərvərlik, prinsipiallıq və insanlığa bağlılığın simvolu olaraq qalır.
Fatimə
13:50 25.03.2026
Oxunuş sayı: 55