Bu gün bürcləri nələr gözləyir?
Bu gün üçün 12 burcun gündəlik proqnozları açıqlanıb. İş, sevgi, sağlamlıq və ailə sahələrində nə gözlənildiyini öyrənmək üçün burçlara nəzər salın:
Qoç – Zehniniz aktivdir, yeni biliklər öyrənmək və insanlarla əlaqə qurmaq üçün əlverişlidir. Gün ərzində bəzi gecikmiş işlər və gözardı edilmiş detallarla üzləşə bilərsiniz. Duyğusal olaraq zaman-zaman qaramsar hiss etsəniz də, günün sonunda aydınlıq yaranacaq.
Buğa – Maliyyə və təhlükəsizlik məsələləri ön plandadır. Planlama və düzgün qərarlar gününüzü gücləndirəcək. Keçmişdən gələn məsələlər yenidən gündəmə gələ bilər, bu dəfə daha yetkin şəkildə yanaşa bilərsiniz.
Əkizlər – Duyğularınız intensivdir. Hədəflərinizi yenidən nəzərdən keçirmək və sosial məsələlərlə məşğul olmaq faydalı olacaq. Köhnə dostluq və ya sosial mövzular gündəmə qayıda bilər.
Xərçəng – Gününüzü daxili dünyanıza yönələrək keçirə bilərsiniz. Özünüzü dinləmək və yenilənmək üçün əlverişli vaxtdır. İş və məsuliyyətlər günün ikinci yarısında ön plana çıxacaq.
Şir – Sosial əlaqələr və gələcək planlar gündəmdədir. Ani qərarlardan qaçın və daha ciddi düşünməyə çalışın. Yeni biliklər əldə etmək və inkişaf üçün uyğundur.
Qız – Sizi məsuliyyətlər ön plana çıxarır. Karyera və hədəflərinizdə ciddi və disiplinli olmaq faydalı olacaq. Sizi məhdudlaşdıran mövzuları aşkar edib həll etmək üçün doğru zamandır.
Tərəzi – Zehniniz aktivdir, amma diqqət dağınıqlığı ola bilər. Əlaqələr və ortaqlıq məsələlərinə fokuslanmaq vacibdir. Realist yanaşmaq sizə rahatlıq gətirəcək.
Əqrəb – Duyğularınızı dərin yaşayacaqsınız, səbəbləri anlamağa çalışacaqsınız. İş və gündəlik rutin ön plandadır. Səbirli olmaq irəliləyiş gətirəcək.
Oxatan – Münasibətlərdə həssaslıq artacaq. Kiçik məsələlər sizi düşündürə bilər, lakin daxili fərqindəlik yaradacaq. Yaratıcı layihələr və sevgi həyatınızda qərarlar üçün əlverişli gündür.
Oğlaq – Detallara diqqət yetirməli olduğunuz bir gün. Günlük işlər və məsuliyyətlər ön plandadır. Ailə və ev işləri günün ikinci yarısında artacaq.
Dolça – Özünüzü ifadə etməkdə uğurlusunuz, yaradıcılığınız artır. Lakin günün ikinci yarısında daha ciddi mövzularla üzləşə bilərsiniz. Planlı və realist olmaq uğur gətirəcək.
Balıq – Ev və ailə mövzuları ön plandadır. Tanış mühitlər sizə rahatlıq verir, lakin maliyyə məsələlərinə diqqət yetirmək lazımdır. Səbir və davamlılıq uğurun açarıdır.
00:05 25.03.2026
Oxunuş sayı: 35