Şahbaz Şərif: İlham Əliyevlə danışığımda Azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Baş nazir bildirib ki, səmimi Ramazan bayramı təbriklərini və Azərbaycan xalqı üçün ən xoş arzularını paylaşıb və İlham Əliyevin də eyni dərəcədə səmimi bayram təbriklərinə və Pakistan xalqı üçün xoş arzularına görə minnətdardır.
"Azərbaycana qarşı edilən hücumları (martın 5-də Naxçıvana İran ərazisindən edilən dron hücumunu nəzərdə tutur – red.) qətiyyətlə pisləməyimi bir daha vurğuladım və Pakistanın Azərbaycanlı qardaş və bacılarımızla sarsılmaz həmrəyliyini təsdiq etdim. Gərginliyin azaldılması və münasibətlərin dialoq və diplomatiya yolu ilə həll edilməsinin təcili zərurəti barədə razılığa gəldik, eyni zamanda Pakistan-Azərbaycan qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinə olan ortaq öhdəliyimizi bir daha təsdiq etdik".
12:08 20.03.2026
Oxunuş sayı: 44