Netanyahu: İran uranı zənginləşdirmək imkanını itirib
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı aparılan hərbi əməliyyatlarla bağlı yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu bildirib ki, endirilən zərbələr nəticəsində İran artıq uranı zənginləşdirmək və ballistik raket istehsal etmək imkanını itirib. Onun sözlərinə görə, bu, hərbi kampaniyanın əsas nailiyyətlərindən biridir.
Netanyahu vurğulayıb ki, əməliyyatlar nə qədər lazımdırsa davam etdiriləcək. Bununla yanaşı, o qeyd edib ki, müharibənin gözləniləndən daha tez başa çatması ehtimalı var.
Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi açıqlamasında ABŞ və İsrailin zərbələrinin İranın nüvə proqramına ciddi təsir göstərdiyini bildirib. Bununla belə, o qeyd edib ki, 60 faizə qədər zənginləşdirilmiş uran hələ də bəzi nüvə obyektlərinin dağıntıları altında qalır.
14:50 20.03.2026
Oxunuş sayı: 50