Pezeşkian dünyaya xəbərdarlıq etdi: Bu alov hamını yandıra bilər
İran prezidenti Məsud Pezeşkian İsrailin addımları və regionda artan gərginliklə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verirki, o, “X” hesabında paylaşım edərək beynəlxalq ictimaiyyəti mövcud böhrana qarşı qətiyyətli mövqe tutmağa çağırıb.
“Sionist rejimin mahiyyəti dövlət terrorçuluğa əsaslanır, ancaq ABŞ-nin İrana qarşı təcavüzü və ali rəhbərin öldürülməsi ilə baş verənlər beynəlxalq münaqişələrə yeni bir yanaşmadır ki, bu da dünyanın hüquq sistemlərini məhv edəcək. Əgər beynəlxalq ictimaiyyət bu böhrana qarşı qətiyyətli olmasa, bu alovun atəşi çoxlarını yandıracaq”, - deyə, Pezeşkian paylaşımında vurğulayıb.
11:40 20.03.2026
Oxunuş sayı: 42