İsrail səfirliyi: Ramazanın mənəvi dəyərlərinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verəcəyinə ümid edirik
İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, təbrik "X" sosial şəbəkəsində dərc olunub.
"Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Qoy bu müqəddəs bayram sülh, rifah və birlik gətirsin, həmçinin insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə versin", - məlumatda deyilir.
Diplomatik nümayəndəlikdə Ramazan bayramının mənəvi dəyərlərinin Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid ifadə olunub.
"Sizə dərin hörmətimizi ifadə edir, mübarək və dinc Ramazan bayramı arzulayırıq", - qeyd edilib.
10:55 20.03.2026
Oxunuş sayı: 50