II İlyanın vəfatı ilə bağlı başsağlığı verildi
Türk Mədəniyyəti və İrsi Fondu Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını açıqlayıb.
Fondun aparat rəhbəri Dr. Fəxri Valehoğlu (Hacıyevin) başsağlığında bildiribki, Gürcü xalqının müdrik oğlu olan II İlya yalnız ölkəsində deyil, Türk dünyasında da böyük nüfuza malik idi. Onun Türk dünyası ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanması və inkişafında mühüm xidmətləri olduğu vurğulanıb.
Qeyd edilib ki, II İlya Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın təmin olunmasında da önəmli rol oynayıb. O, regionun taleyüklü dövrlərində müdrikliyi və uzaqgörənliyi ilə seçilərək insanları həmrəyliyə və sülhə səsləyib.
Fond rəhbərliyi mərhum din xadiminin milli və dini mənsubiyyətindən asılı olmayaraq geniş rəğbət qazandığını qeyd edib.
Sonda Türk Mədəniyyəti və İrsi Fondu adından Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinə, bütün Gürcüstan xalqına və Pravoslav Kilsəsinə başsağlığı verilib.
20:13 19.03.2026
Oxunuş sayı: 73