ABŞ vətəndaşları Trampın iqtisadi siyasətinə sərt etiraz edir
ABŞ Prezidenti Donald Trampın əsas məsələlər üzrə təsdiq reytinqi tarixi minimuma düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Yahoo/YouGov sorğusuna görə, iqtisadi siyasətə dəstək mənfi 29 səviyyəsindədir və bu, COVID-19 dövründən belə aşağı göstəricidir.
Həyat xərclərinin artması da vətəndaş narazılığını artırıb: respondentlərin 67%-i prezidentin addımlarını təsdiqləmir, dəstək isə yalnız 26% təşkil edir ki, bu da rekord aşağı göstəricidir.
14:30 19.03.2026
Oxunuş sayı: 49