BDU-da “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
BDU-da
“Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir
keçirilib
Bakı Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri f.r.e.d., professor Misir Mərdanov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor, h.e.d Zahid Cəfərov, BDU-nun Hüquq fakültəsinin dekanı dos. Zaur Əliyev, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə ilk
öncə Ulu Öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü
uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilib.
Çıxış edən
iştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayonu “Z.Xəlilov
küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor, h.e.d
Zahid Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi
dövlət kimi formalaşmasının əsasını qoymuş böyük siyasi xadimdir. Onun xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin
edildi. Hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Qanunun
aliliyi prinsipi dövlət siyasətinin əsasına çevrildi. 1995-ci ildə qəbul
olunmuş Konstitusiya hüquqi dövlətin möhkəm təməlini yaratdı. Vətəndaş hüquq və
azadlıqlarının qorunması prioritet istiqamət oldu. Məhkəmə-hüquq sistemi
yenidən quruldu. Dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət artırıldı. Bu
siyasət sonrakı dövrlərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir. Doğma Qarabağımızın azad olunması ilə ölkənin ərazi bütövlüyü
bərpa edildi. Bu isə ölkəmizin hər yerində dövlət suverenliyinin bərqərar
olması, vətəndaşların hüquq və azadlıqlarının Konstitusiyaya uyğun olaraq yüksək
səviyyədə təmin edilməsi və hüquqi dövlət quruculuğu prosesinin uğurla başa
çatdırılmasının göstəricisidir.
YAP Yasamal
rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər
Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı kimi tarixə düşmüşdür.
Onun rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirildi. Qanunvericilik
bazası beynəlxalq standartlara uyğunlaşdırıldı. İnsan hüquqları dövlət
siyasətinin əsas istiqamətinə çevrildi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti
təkmilləşdirildi. Dövlət və vətəndaş münasibətlərində hüquq əsas meyar oldu. Bu
siyasət ölkədə sabitliyin təmin olunmasına xidmət etdi. 1995-ci ildə referendum
yolu ilə Konstitusiyanın qəbulu bu istiqamətdə atılan mühüm bir addım oldu. Hüquqi
dövlət anlayışı cəmiyyətin bütün sahələrində tətbiq edildi. Bu gün Prezident İlham
Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Xüsusilə 44 günlük Vətən müharibəsində eləcə də lokal xarakterli anti terror
tədbirləri nəticəsində qazanılan Zəfərlər
torpaqlarımızın azad olunması ilə nəticələndi ki, bu həm də hüquqi dövlət
quruculuğu istiqamətində mühüm dönüş nöqtəsi oldu. Suverenlik tam təmin olundu.
Bu gün Azərbaycanın hər bir guşəsində konstitusion hüquqlar bərqərar edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının
üzvü, BDU-nun Ali riyaziyat və riyaziyyatın tədrisi metodikası kafedrasının
müdiri f.r.e.d., professor Misir Mərdanov bildirib ki, Ulu Öndər Heydər Əliyev
hüquqi dövlət quruculuğunu strateji hədəf kimi müəyyən etmişdir. Onun uzaqgörən
siyasəti nəticəsində hüquqi islahatlar həyata keçirildi. Ümummilli Liderin təşəbbüsü
ilə qəbul olunan qanunlar dövlətin möhkəmlənməsinə xidmət etdi. Demokratik
prinsiplər tətbiq olundu. Dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə
edildi. Konstitusiya və qanunlar sistemi müasir tələblərə uyğunlaşdırıldı.
Hüququn aliliyi prinsipi möhkəmləndirildi. Vətəndaşların hüquqları etibarlı şəkildə
qorundu. Hüquqi maarifləndirmə işi genişləndirildi. Cəmiyyətin hüquqi şüuru
inkişaf etdirildi. Bu siyasət bu gün də uğurla davam etdirilir ki, Prezident
İlham Əliyev ölkədə hüquqi dövlət quruculuğunu yeni mərhələyə yüksəldib.
Torpaqlarımızın işğaldan azad olunması da həm
tarixi nailiyyət, həm də Azərbaycanın suveren hüquqlarının tam bərpası
deməkdir.
Çıxış edən
Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət
quruculuğunda müstəsna rol oynamışdır. Onun rəhbərliyi ilə dövlət
idarəçiliyində qanunçuluq prinsipi möhkəmləndi. Hüquqi sistem təkmilləşdirildi.
İnsan hüquqlarının müdafiəsi gücləndirildi. Məhkəmə hakimiyyətinin müstəqilliyi
təmin edildi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti effektivləşdirildi. Dövlət
və vətəndaş münasibətləri hüquqi əsaslarla tənzimləndi. Bu siyasət ölkədə
sabitliyin əsasını təşkil etdi və hüquq, ədalət
prinsipləri aparıcı rola malik oldu. Bu gün bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf
etdirilərək uğurla davam etdirilir. Bu gün Qarabağda əldə olunan Zəfər dövlətin
gücünü bütün dünyaya göstərdi. Bunun
nəticəsidir ki, Azərbaycanın bütün ərazilərində hüquqi sistem tam bərqərar
olub.
Çıxış edən
Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov vurğulayıb ki, Ulu
Öndər Heydər Əliyev hüquqi dövlət ideyasını Azərbaycanın inkişaf strategiyasına
çevirmişdir. Onun həyata keçirdiyi islahatlar dövlətçiliyin möhkəmlənməsinə
səbəb oldu. Qanunvericilik bazası gücləndirildi. Hüququn aliliyi təmin edildi.
İnsan hüquqları qorundu. Hüquqi dövlət prinsipləri cəmiyyətə aşılandı. Dövlət
institutları inkişaf etdirildi. Bu siyasət ölkədə davamlı inkişafı təmin etdi.
Bu gün həmin kurs uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dövrün
tələblərinə uyğun islahatlar aparır. Qarabağın azad edilməsi isə milli qürur
mənbəyimiz olmaqla yanaşı hüquqi dövlətin gücünü bir daha bütün dünyaya sübut
etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq
işləri hüquqi dövlətin təzahürüdür.
Çıxış edən
Cinayət prosesi kafedrasının professoru Midhət Qəfərov qeyd edib ki, Ümumilli
lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını
formalaşdırmışdır. Onun siyasəti nəticəsində qanunçuluq prinsipi möhkəmləndi.
Hüquqi islahatlar geniş vüsət aldı. Dövlət idarəçiliyində şəffaflıq təmin
olundu. Vətəndaş hüquqları qorundu. Hüquq sistemi müasir standartlara
uyğunlaşdırıldı. Bu siyasət ölkənin inkişafına xidmət etdi. Hüquqi dövlət
quruculuğu uğurla həyata keçirildi. Bu gün bu kurs Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam etdirilir. Qarabağın azad olunması ilə isə həm
tarixi ədalət bərpa olundu, həm də Azərbaycanın hər yerində konstitusion
hüquqlar tam təmin olundu
Çıxış edən
Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti Məleykə Bayramova bildirib
ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda
hüquqi dövlət quruculuğunun əsasını qoyaraq milli dövlətçilik tarixində
silinməz iz buraxmışdır. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik və hüquqi
nizam-intizam təmin olundu. Qanunların aliliyi dövlət siyasətinin əsas
prinsipinə çevrildi. 1995-ci il Konstitusiyası hüquqi dövlətin bünövrəsini
formalaşdırdı. İnsan hüquq və azadlıqlarının qorunması prioritet istiqamət
oldu. Məhkəmə-hüquq sistemi müasir tələblərə uyğun yenidən quruldu. Hüquqi
islahatlar cəmiyyətin bütün sahələrini əhatə etdi. Dövlət idarəçiliyində
şəffaflıq və hesabatlılıq gücləndirildi. Bu möhkəm təməl bu gün də inkişaf
edir. Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək onu daha da
zənginləşdirib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər
nəticəsində Qarabağ işğaldan azad edildi. Bununla da Azərbaycanın bütün
ərazilərində konstitusion hüququn tam bərpası təmin olundu.
Çıxışlardan
sonra Hüquq fakültəsinin professoru Əfsər Sadıqova 60 illik yubiley
münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə fəxri fərman təqdim
edilib.
09:32 18.03.2026
Oxunuş sayı: 81