Elmar Məmmədyarov: Azərbaycanla Avropa arasında münasibətlər inkişaf edir
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından diqqət çəkən siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Səfər regionda dəyişən geosiyasi proseslər, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığı bir dövrdə baş tutur. Bu baxımdan görüşlərin gündəliyində həm ikitərəfli əməkdaşlıq məsələlərinin, həm də regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi xüsusi yer tutur. Səfər çərçivəsində tərəflər siyasi dialoqun dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.
Ekspertlərin fikrincə, bu səfər prezidentinin Avropa İttifaqının Cənubi Qafqaza artan marağının göstəricisi kimi də qiymətləndirilə bilər. Xüsusilə enerji təchizatı, yaşıl keçid, nəqliyyat marşrutları və regional sabitlik kimi məsələlər Azərbaycanla Avropa arasında strateji dialoqun əsas istiqamətləri hesab olunur. Səfərin nəticələrinin gələcək əməkdaşlıq formatlarının formalaşmasına və tərəflər arasında siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Belə yüksək səviyyəli siyasətçinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır və ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu cür səfərlər tərəflər arasında siyasi dialoqun dərinləşməsi və əməkdaşlıq imkanlarının genişlənməsi üçün vacib platforma rolunu oynayır.
Eyni zamanda bu kimi yüksək səviyyəli görüşlər Azərbaycanla Avropa arasında münasibətlərin inkişaf etdiyini və tərəflərin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə çalışdığını göstərir. Bu baxımdan səfər iki tərəf arasında əlaqələrin gələcək perspektivləri baxımından da önəmli siyasi siqnal hesab olunur".
Elmir Heydərli
12:08 13.03.2026
Oxunuş sayı: 48