Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər
Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana martın 12-də Qarabağ bölgəsində yerləşən Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar.
Crossmedia.az xəbər verir ki, onlar əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər. Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər.
Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” və ənənəvi “Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlət tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər.
23:45 12.03.2026
Oxunuş sayı: 48