ABŞ-də sinaqoqa terror hücumu edildi
ABŞ-nin Miçiqan ştatında naməlum silahlı şəxs sinaqoqda atəş açıb.
Crossmedia.az xəbər verir ki, naməlum şəxs əvvəlcə avtomobili sinaqoq binasına çırpıb, daha sonra isə avtomobildən enərək içəridəki insanlara atəş açıb .
Polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları binanı mühasirəyə alıblar. Tələfat barədə dəqiq məlumat yoxdur.
Hücumun Qərbi Blumfilddəki “Temple Israel” sinaqoqunda baş verdiyi bildirilir.
23:03 12.03.2026
Oxunuş sayı: 64