Naxçıvana raket atılması ilə bağlı məlumatlar Bakıya təqdim olunub - Partiya sədri
"Məsələlər çox qarışıqdır və bu məsələ ətrafında müxtəlif fikirlər səslənir. Bu gün (srağagün - red) də gördünüz ki, cənab Prezident həmin gərginlik dövründə dediyi fikirlərdən bir gün sonra yenidən məsələyə münasibət bildirdi. Məsələn, İran prezidenti də bir neçə gün sonra açıqlama verildi və belə bir məqam aydınlaşdı ki, ortada olan təəssürat əsasən belədir: raket İrandan atılmayıb, başqa tərəfdən də atılmayıb. Kimlər tərəfindən törədilib?".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
"İranın daxilində, bilirsiniz ki, çox müxtəlif qüvvələr var. Məsələn, SEPAH oradakı rəhbər strukturlardan biridir və prezidentə tam tabe deyil. Digər qüvvələr də mövcuddur. Belə bir təəssürat yaranır ki, hadisə ilə bağlı bəzi məqamlar rəsmi Bakıya yanlış təqdim olunub. Azərbaycanı istəməyən qüvvələr çoxdur. Onlar çalışırlar ki, Azərbaycanı bu müharibəyə sürükləsinlər. Prezident çox ağır və məsuliyyətli addım atdı və sonrakı hərəkətlər də göstərdi ki, həqiqətən İlham Əliyev öz iradəsi ilə söz sahibidir. Amma mən istərdim ki, ətrafda olan müəyyən qüvvələr bu məlumatları düzgün çatdırsınlar. Buna ehtiyac var. Bizim İranda 50 milyona yaxın soydaşımız var. Biz onları da nəzərə almalıyıq, onların gələcəyini düşünməliyik. Bizdən kimsə ola bilər ki, haradasa bir fars və ya başqa bir şəxs Azərbaycana qarşı hansısa təxribatçı addım atsın. Amma biz dövlət olaraq səbirli olmalıyıq. Ona görə də düşünürəm ki, həmin məlumatı çatdıranlar onu düzgün formada təqdim etməyiblər", - o bildirib.
Partiya sədri əlavə edib ki, Azərbaycanla İranın arasını vurmaq istəyən, Türk dünyası ilə münasibətləri pozmaq istəyən qüvvələr var.
https://crossmedia.az/az/article/73685
15:13 12.03.2026
Oxunuş sayı: 58