Ferqus Auld XIII Qlobal Bakı Forumunun təşkilinin əhəmiyyətindən danışıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld mövcud qlobal vəziyyət fonunda XIII Qlobal Bakı Forumu kimi tədbirlərin təşkilini vacib adlandırıb.
Crossmedia.az -ın məlumatına görə, diplomat bu barədə "X" hesabında yazıb.
"Qlobal Bakı Forumunda iştirak etdim. Artan gərginlik və mürəkkəblik dövründə belə platformalar həmişəkindən daha çox əhəmiyyət daşıyır. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusu bizim burada olmağımızın səbəbini tam olaraq əks etdirir", - o yazıb.
13:56 12.03.2026
Oxunuş sayı: 52