Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb, açarlar təqdi olunub.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 21 (103 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (81 nəfər) qayıdışı təmin olunub.
12:04
Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xanabad kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.
09:01
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonun Qırmızı bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, bu mərhələdə Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
12:46 11.03.2026
Oxunuş sayı: 212