Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunub
Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar bölgədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalmış Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Maskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reyslə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb.
14:00 10.03.2026
Oxunuş sayı: 46