Hakan Fidan: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
Azərbaycan və Ermənistan arasında davamlı sülh və sabitlik, həmçinin regional əməkdaşlıq üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addımlar Cənubi Qafqazda sülhün artıq praktik müstəvidə öz əksini tapmağa başladığını göstərir.
"Bu dinamikanın qorunması və ən qısa zamanda daimi sülh sazişi ilə yekunlaşması ən böyük arzumuzdur", - deyə nazir qeyd edib.
22:58 07.03.2026
Oxunuş sayı: 81