İranın aqressiv ritorikasını dayandırması üçün şərt açıqlanıb
Əgər bir ölkə hücuma məruz qalırsa mütləq müdafiə olunmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Baku TV-nin efirində “İran niyə bütün qonşu dövlətlərlə konflikt vəziyyətindədir?” sualına cavab olaraq deyib.
O qeyd edib ki, İranın bəzi qonşularında ABŞ və İsrailin hərbi bazaları İran tərəfindən zərbə altına alınması 28 fevralda İrana hücum ediləndən sonra özünü müdafiə məqsədi ilə baş vermişdir: “Bu isə hücumlar qarşısında müdafiə sayılır və bu heç bir dövlətin ərazi bütövlüyünün pozulması demək deyil. Ancaq hərbi bazalara zərbələr endirilib. Əgər İrana hücum olunmazdısa, İran da hərbi bazalara hücum etməyəcəkdi. İndi də İrana qarşı olan hərbi təcavüz dayandırılsa, İran da hərbi zərbələrini dayandıracaq”.
Ayhan
11:10 07.03.2026
Oxunuş sayı: 360