Diqqət: Azərbaycanda dronlar havaya qalxdı
Azərbaycanın bəzi bölgələrində havada dronların müşahidə olunması ilə bağlı məlumatlar yayılıb. Dronların görünməsi bəzi hallarda əhali arasında narahatlığa səbəb olur.
Crossmedia.az xəbər verir ki, bəzi ərazilərdə uçuş həyata keçirən pilotsuz uçuş aparatları ölkənin öz dronlarıdır. Onlar ərazilərə nəzarət məqsədilə havaya qaldırılıb və mövcud vəziyyət nəzərə alınaraq bu cür uçuşlar normal hesab olunur.
Rəsmi mənbələr əhaliyə müraciət edərək belə hallarda təlaşa düşməməyə çağırıb. Bildirilib ki, dronların uçuşu təhlükəsizlik və nəzarət tədbirləri çərçivəsində həyata keçirilir.
15:53 06.03.2026
Oxunuş sayı: 529