Saakaşvili: İran Naxçıvan hava limanına qəsdən hücum edib
İranın terrorçu rejimi Naxçıvan hava limanına iki dronla qəsdən hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
“İranda yaşayan azərbaycanlıların sayı Azərbaycanın özündə yaşayanlardan ən azı üç dəfə çoxdur. Hətta Xameneyi də azərbaycanlı idi. Azərbaycanın uzun müddətdir ki, İsraillə, son zamanlar isə ABŞ ilə sıx münasibətləri var, lakin bunların heç biri İranın səbəbsiz hücumuna əsassız vermir”, - deyə, o, bildirib.
Azərbaycanla həmrəy olduğunu dilə gətirən Saakaşvili qeyd edib ki, İran rejiminin yaşamaq şansı yoxdur, baxmayaraq ki, onun əzabı daha uzun aylar davam edə bilər.
14:32 06.03.2026
Oxunuş sayı: 525