İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib
İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə Bakıda mətbuat üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi eskalasiya fərqli risk faktorları yaradır:
"Azərbaycan Xarici İşlər Nazirliyinin bütün struktur bölmələri bununla bağlı ilk günlərdən gücləndirilmiş iş rejiminə keçib.
Nazir qeyd edib ki, həmçinin biz ilk fürsətdəcə oradakı vətəndaşların təxliyəsini həyata keçirilir:
"1000 civarında beş ölkə üzrə bizə müraciət olunub. Bu ölkələrin siyahısına BƏƏ, Səudiyyət Ərəbistanı, Qətər, Küveyt daxildir. Səudiyyət Ərəsbistanı, Ciddə istiqamətində isə ayın 4-də AZAL vasitəsilə xüsusi evakuasiya reysi təşkil edildi və 209 nəfər təxliyə edilib, 193 nəfəri Azərbaycan vətəndaşı olub. Qətərdə qalan insanlarımız da var idi, buna görə Ciddədən növbəti evakusiya reysi planlaşdırırıq. Bu ayın 7-si olacaq. Vəziyyət nəzarət altındadır, daim ünsiyyətdəyik. Həmçinin bilirsiniz, İran ərazisində də vətəndaşlarımız var idi. Eləcə də İranda vətəndaşları olan 50-dən çox ölkədən 2500-dən çox bizə müraciət olunub, bu müraciətlər NK-ya təqdim edilir. Və bu proseslər cəmi bir neçə saata həyata keçirilir.".
13:55 06.03.2026
Oxunuş sayı: 567