Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub
Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birgə Bakıda keçirdiyi mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi potensial çox yüksəkdir:
"Bu mənada, Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin artırılmasını və qarşılıqlı həyata keçirilən investisiyalaları müzakirə etdik. Əməkdaşlıq üçün bir neçə sahəyə toxunduq, bunların sırasında enerji sektorundakı əməkdaşlıq diqqət çəkir. Bu sırada Azərbaycan qazının Moldovoya çatdırılmasındakı mövcud təcrübə təqdir edildi. Eyni zamanda son illərdə Azərbaycan qazının alıcı coğrafiyasının genişlənməsi daha geniş əməkdaşlıq perspektivi kimi dəyərləndirildi".
13:20 06.03.2026
Oxunuş sayı: 461