Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
Bu gündən altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə müsabiqənin işçi qrupundan məlumat verilib.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir. Müsabiqəyə müraciətlər aprelin 16-dək davam edəcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb. (Azərtac)
09:42 06.03.2026
Oxunuş sayı: 504