Aİ-dən açıqlama: İranın Naxçıvana zərbələri tamamilə qəbuledilməzdir
Avropa diplomatiyasının rəhbəri İranın pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvana hücumları fonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıq aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas cavab verib.
O, Aİ-nin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulayıb.
"İran PUA-larının Azərbaycanın Naxçıvan bölgəsinə zərbələri tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən növbəti eskalasiyadır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır", - Kallas deyib.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.(Report)
19:19 05.03.2026
Oxunuş sayı: 519