Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy bildirib.
"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.
XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.
16:07 05.03.2026
Oxunuş sayı: 493