Ukraynanın Bakıdakı səfirliyi İranın Azərbaycana hücumunu pisləyib
Ukraynanın Bakıdakı səfirliyi İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumat və xəbərləri diqqətlə izləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
"Biz ölkəyə dəstəyimizi və həmrəyliyimizi ifadə edirik, qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birləşməyə çağırırıq", - səfir bildirib.
14:32 05.03.2026
Oxunuş sayı: 562