Azərbaycan MN-dən sərt mövqe: İranın hücumu cavabsız qalmayacaq
Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.
13:33 05.03.2026
Oxunuş sayı: 749