Bu günədək Azərbaycan vasitəsilə İrandan 1222 nəfər təxliyə olunub
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1222 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 395, Rusiyanın 246, Tacikistanın 101, Pakistanın 80, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Kuba, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
15:44 04.03.2026
Oxunuş sayı: 636