Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri ilə telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.
Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar.
Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
18:48 03.03.2026
Oxunuş sayı: 442