Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
Crossmedia.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
12:38 03.03.2026
Oxunuş sayı: 568