Firudin Qurbanov: Bu gün dünyada əsas trend məzunun iş yeri açmasıdır
Bu gün dünyada əsas trend məzunun iş yeri açmasıdır.
Crossmedia.az xəbər verir ki, bu fikri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
O, müasir dövrümüzdə gənclərin əsas trendinin iş yeri açması olduğunu qeyd edib.
Nazir müavini həmçinin bu məsələdə gənclərin işinin çox yüksək qiymətləndirildiyini qeyd edib.
Xatırladaq ki, müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Regeneron International Science and Engineering Fair beynəlxalq elm və mühəndislik sərgisində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Elmir Heydərli
11:48 03.03.2026
Oxunuş sayı: 705