“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimi keçirilir
“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimi keçirilir
Crossmedia.az xəbər verir ki, “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə Society for Science təşkilatı tərəfindən keçirilir və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində təşkil olunur.
Milli final mərhələsində ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri 9 istiqamət üzrə yarışacaqlar. Bu istiqamətlərə riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt daxildir.
Açılış mərasimində məktəblilərin bu sahələr üzrə hazırladıqları elmi-tədqiqat layihələri ilə də tanış olmaq mümkün olacaq.
Qeyd edəki ki, müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Regeneron International Science and Engineering Fair beynəlxalq elm və mühəndislik sərgisində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Elmir Heydərli
10:25 03.03.2026
Oxunuş sayı: 588