İsrail: Xameneyi və Pezeşkianı hədəf aldıq
Bu səhər İrana endirilən hava zərbələri ilə bağlı açıqlamalar verilib.
Crossmedia.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, hücumların əsas hədəfləri İranın ali rəhbəri Əli Xamenei və prezident Məsud Pezeşkian olub.
Rəsmi məlumatlara görə, zərbələrin nəticələri hələlik dəqiqləşməyib. Bununla yanaşı, İranın Tasnim xəbər agentliyi əvvəlcədən prezident Pezeşkianın “tam sağlam” olduğunu açıqlayıb.
“Channel 12” telekanalı isə anonim israilli mənbələrə istinadən xəbər verib ki, Tel-Əviv hücumları İslam Respublikası rəhbərliyinə qarşı “çox uğurlu” hesab olunur. Hesabatda yüksək rütbəli hərbi komandirlərə və prezident Pezeşkiana aid qiymətləndirmələr yer alıb.
14:57 28.02.2026
Oxunuş sayı: 661