Türkiyə səfiri Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş və insanlıq tarixinə qara ləkə kimi düşmüş Xocalı Soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Birol Akgün “X” sosial şəbəkə hesabında Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
“Xocalıda qətlə yetirilmiş 613 günahsız insanın xatirəsini ehtiramla yad edirik”, - paylaşımda qeyd olunur.

10:15 26.02.2026
Oxunuş sayı: 484