Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Crossmedia.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Rəsmilər Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüblər.
10:20 26.02.2026
Oxunuş sayı: 808