Ankaradan sərt xəbərdarlıq: İrana hücum böyük fəlakət olacaq
ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi bölgə üçün böyük bir fəlakət olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.
O qeyd edib ki, regionda yeni müharibə ssenarisi ciddi nəticələrə gətirib çıxara bilər.
Kurtulmuşun sözlərinə görə, Türkiyə belə bir inkişafın qarşısını almaq üçün diplomatik səylərini davam etdirir və bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayır.
13:57 22.02.2026
Oxunuş sayı: 794