Ramana – “Koroğlu” istiqamətində yeni avtobus xətti istifadəyə verildi
Bakıda yeni marşrut xətti işə düşüb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.
Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gediş haqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.
11:50 22.02.2026
Oxunuş sayı: 495