Sabahın havası: QAR YAĞACAQ
Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
13:42 22.02.2026
Oxunuş sayı: 669