Trampdan qərar: ABŞ Hərbi Hava Qüvvələri ilə təcili görüş
Ağ Ev rəhbəri Donald Tramp yaxın saatlarda ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ilə mühüm görüş keçirəcək.
Crossmedia.az “Axios”-a istinadən xəbər verir.
Prezident planlaşdırdığı Florida səfərini dəyişərək Ağ Evdə, Oval kabinetdə qalmaq qərarı verib.
Nəşr bildirir ki, ABŞ administrasiyası konkret operativ qərarların qəbul edildiyini təsdiqləmir. Lakin məsləhətləşmələrin intensiv hərbi brifinqlər və milli təhlükəsizlik məsələlərinə artan diqqət fonunda aparıldığı vurğulanır.
Qeyd olunur ki, dövlət başçısının qrafikində bu cür dəyişikliklər əvvəllər də müdafiə və xarici siyasət sahəsində mühüm qərarların qəbulundan əvvəl baş verib.
13:25 22.02.2026
Oxunuş sayı: 840