CROSSMEDIA - Azərbaycanın xarici işlər naziri andorralı həmkarı ilə görüşüb
Gündəm

Azərbaycanın xarici işlər naziri andorralı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

16:07 05.12.2024

Oxunuş sayı: 4344

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR