SEPAH terror siyahısına salındı
Avropa İttifaqı (Aİ) SEPAH-ı rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.
Crossmedia.az xəbər verir ki, qərarın yanvarın 29-da təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasında əldə olunan razılaşmadan sonra qəbul olunduğu açıqlanıb.
Siyahıya daxil edilməklə SEPAH-ın Aİ-yə üzv ölkələrindəki bütün vəsaitləri, maliyyə aktivləri və iqtisadi resursları dondurulacaq.
Bundan əlavə, ittifaqda fəaliyyət göstərən operator və iqtisadi qurumlara hər hansı maliyyə və ya iqtisadi resurs təqdim etmək qadağan edilir.
SEPAH bundan sonra birliyin terrorçuluğa qarşı sanksiyalar rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq.
Şuranın açıqlamasına görə, bu qərardan sonra ümumilikdə 13 şəxs və 23 qrup və qurum Aİ-nin terror siyahısı çərçivəsində sanksiyalara məruz qalır.
21:17 20.02.2026
Oxunuş sayı: 619