Rusiya Prezidenti Vladimir Putin bir fərmana əsasən, Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasıdan kənarlaşdırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,bundan əvvəl İvanov ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndə vəzifəsindən azad edilmişdi. Fərmanda qeyd olunur: "Sergey Borisoviç İvanov Rusiya Federasiyası Prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilsin".
Qeyd edək ki, İvanov 2016-cı ildə Rusiya Prezidentinin xüsusi nümayəndəsi təyin olunub və bundan əvvəl Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.