ABŞ ilə Avropanın arasından "qara pişik keçib": Böhranlı vəziyyət!
Avropalı müttəfiqlər olmadan ABŞ-nin dünyada təkbaşına güclü mövqe qura bilməsi real görünmür. Rəqabətin artdığı beynəlxalq şəraitdə Avropanın öz təhlükəsizliyinə görə daha çox məsuliyyət götürməsi və güclü silahlı qüvvələrin formalaşdırılmasında ön plana çıxması zəruri sayılır. ABŞ isə yaxın müddətdə Avropaya strateji və nüvə dəstəyini davam etdirməyə hazırdır.
ABŞ-də də Donald Tramp hakimiyyətə gələndən sonra Avropa ilə artan gərginlik və bunun perspektivləri barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə söyləyib ki, ABŞ-nin beynəlxalq güc olmasında Avropa İttifaqının müttəfiqlərinin misilsiz dəstəyi var:

"Hazırda Trampın həyata keçirdiyi siyasət ABŞ-nin tək şəkildə dünya formalaşdırması Avropa İttifaqının bir növ kənara qoyur. Konfranslardan birində ABŞ dövlət katibi Marko Rubio qeyd etdi ki, Vaşinqton- Avropa İttifaqı davam edəcək. Yəni, prosseslər bu istiqamətdə davam etməlidir. Lakin göründüyü kimi yenə dünya siyasi nizamı qurulur və bu yeni nizamda ABŞ daha çox öz mövqeyini gücləndirir. Avropa da artıq bundan dərs alır. Həmçinin, Almaniya həm hərbi hava qüvvələrini, həm də hərbi dəniz qüvvələrini inkişaf etdirir. Bundan əlavə, ABŞ də Avropada hərbi cəhətdən güclənmək, istəyir".
M.Əsədullazadə əlavə edib ki, hazırda ABŞ ilə Avropa arasında fikir ayrılıqları davam etsə də, bu, hələ böhranlı vəziyyətə gətirib çıxarmayıb.
Fatimə Məmmədova
09:35 17.02.2026
Oxunuş sayı: 632