Milli Məclis Orqan Alverinə Qarşı Konvensiyanı Təsdiqləyir
Milli Məclis Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını ratifikasiya edəcək.
Crossmedia.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.
Belə ki, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə ediləcək
10:33 17.02.2026
Oxunuş sayı: 628