Ermənistanda seçkilər sülhün taleyini həll edə bilər
Ermənistanda keçiriləcək parlament seçkiləri regionda sülh prosesinə təsir göstərə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamentinin spikeri Alen Simonyan açıqlama verib.
Onun sözlərinə görə, ölkədə siyasi qüvvələr iki əsas düşərgəyə bölünüb: sülh tərəfdarları və “qlobal moderatorlardan” asılılığı təklif edən müharibə tərəfdarları.
Spiker bildirib ki, 2026-cı ildə keçiriləcək seçkilər, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması və sənədin ratifikasiyası ilə münaqişəyə nöqtə qoymaq üçün həlledici mərhələ ola bilər.
“Biz 2026-cı il seçkiləri, yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası ilə Azərbaycanla münaqişəyə nöqtə qoymalıyıq.Qələbəmizə əminəm”, – deyə Simonyan əlavə edib.
11:12 16.02.2026
Oxunuş sayı: 623