Baş Prokurorluq estetik əməliyyatdan sonra ölən qadınla bağlı MƏLUMAT YAYDI
Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da fevralın 10-da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
11:45 16.02.2026
Oxunuş sayı: 575