Ən yaxın dostu Rusiyanı tək qoyur: Minsk də Moskvadan uzaqlaşır
Ermənistanla Azərbaycan arasında ABŞ Prezideti Donald Trampın vasitəçiliyi ilə əldə olunan sülh müqaviləsi bütün Cənubi Qafqaz üçün yeni imkanlar açır. Xüsusilə Gürcüstan bu müqavilədən həm fayda götürə, həm də bölgədə sabitliyə töhfə verə bilər. ABŞ Gürcüstanla əlaqələri gücləndirməyə və ikitərəfli əməkdaşlığı davam etdirməyə çalışır. Departament həmçinin Gürcüstanın regiondakı əməkdaşlıq və münasibətlərin inkişafına sadiqliyini önə çəkir. Bu addımlar Cənubi Qafqazda daha sabit və davamlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Cənubi Qafqazdakı gözlənilən sülhün Gürcüstana mümkün təsirləri barədə hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a danışıb: "ABŞ-nin ən böyük marağı ondan ibarətdir ki, Cənubi Qafqaz bütünlükdə Rusiyanın nəzarətindən çıxsın. Ukrayna və Şərqi Avropa necə vaxtında nəzarətdən çıxmışdırsa, elə də Ukrayna, Moldava, Gürcüstan, Azərbaycan, Ermənistan və gələcəkdə Belarus bu prosesin dərinləşməsini istəyirlər. Həmçinin, yaxın müddətdə mərkəzi Avropa, Orta Asiya ölkələrində və Xəzərin şərq sahillərində olan Türk dövlətləri də bütünlükdə Rusiyanın nəzarətindən çıxmaq istəyirlər. Ona görə Gürcüstanı Azərbaycan-Ermənistan arasında sülhə dəstək verməyə və mane olmamağa çağırırlar. Gürcüstanda narahatlıq var ki, Zəngəzur dəhlizi açıldıqdan sonra ölkədən keçən həm dəmir yolu, həm də quru yolu nəzarətdə olacaq. Belə ki, böyük layihələr Zəngəzur dəhlizindən keçir. Təbii ki, bu proses istər-istəməz baş verəcək, amma Gürcüstan da bütünlükdə Qərbə inteqrasiya edəcək və ölkədə normal münasibətlər formalaşacaq".
Ekspert hesab edir ki, Cənubi Qafqaz Rusiya, İran və Qərbin böyük maraqlarının toqquşduğu yerdir: "Azərbaycan çalışır ki, bölgə maksimum itkisiz normal vəziyyətə gəlsin və ölkə əməkdaşlıq məkanına çevrilsin. Ardıcıl siyasət nəticəsində buna nail olacağıq".
Fatimə Məmmədova
13:07 16.02.2026
Oxunuş sayı: 622