Ukrayna- Çin münasibətləri perspektiv üçün nə vəd edir? - ŞƏRH
Ukrayna xarici siyasətində uzun zamandır davam edən yeni gərginliklər fonunda xarici inazir Andrey Sibiqa Çinin xarici işlər naziri Van Yi ilə Münhendə strateji görüş keçirib. Müzakirələrdə əsas mövzu Rusiya–Ukrayna müharibəsinin dayandırılması və Pekinin bu prosesdə rolu olub. Tərəflər ticarət əlaqələri, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Sibiqa, həmçinin enerji sahəsindəki hücumlar və Çin şirkətlərinə dəyən ziyanla bağlı məlumat verib. Görüş zamanı Ukrayna tərəfi Pekinə humanitar dəstəyə görə təşəkkür edib və Van İni Kiyevə rəsmi səfərə dəvət edib. Bu addımlar Kiyevin Çinə qarşı diplomatik balansı qorumaq və sülh təşəbbüslərində aktiv iştirak niyyətini göstərir.

Münasibətlər fonunda beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib: "Ukrayna-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olub, indi də elədir . Hazırda Çin Ukraynaya həm də bir alternativ kimi kənd təsərrüfatına xüsusi təyinatlı tərəfdaş kimi ciddi yanaşır. Həmçinin, hər zaman Ukraynanın ticarət partnyoru kimi yanında olub ki, münasibətləri şaxələndirsin. Amma müharibə buna imkan vermədi. Ona görə də Çin Ukrayna üçün ancaq şaxələnmə yarada bilər. Çünki, əlavə tərəfdaş əldə edir, həm də mövqelərini gücləndirə bilir . Qeyd edim ki, qlobal savaşda Çin Rusiyanın yanında yer alır. Bu isə ənənəvi düşündüyümüz alternativi yaratmır. Ukrayna çalışır ki, Qərbin ölkə üzərindəki dominantlığını sındıra bilsin".
Fatimə Məmmədova
12:30 16.02.2026
Oxunuş sayı: 610