Bu bürclərin 2026-cı ildə SEVGİDƏ BƏXTİ GƏTİRƏCƏK
2026-cı il bir çox insan üçün eşq həyatında dönüş nöqtəsi olacaq.
Crossmedia.az xəbər verir ki, Astrologiyaya görə, planetlərin düzülüşü bəzi bürclərə romantik münasibətlərdə yeni başlanğıclar, sürpriz tanışlıqlar və hətta ciddi qərarlar vəd edir. Xüsusilə Yupiter və Veneranın mövqeyi sevgi həyatında şanslı olacaq bürcləri ön plana çıxarır.
2026-cı ildə Buğa bürcünü sevgi dolu günlər gözləyir. Uzun müddətdir tənha olan Buğalar gözləmədikləri anda həyatlarının eşqi ilə qarşılaşa bilərlər. Münasibəti olanlar isə bu il evlilik qərarı verə bilər.
Xərçənglər üçün romantika ili başlayır. Duyğusal bağların güclənəcəyi bu ildə tərəfdaşla münasibətlər daha da dərinləşəcək. Yeni münasibətə başlayan Xərçənglər isə uzunmüddətli eşq yaşayacaqlar.
Qız bürcləri üçün 2026-cı il sevgi baxımından şanslı olacaq. Onları anlayan və dəstəkləyən biri ilə qarşılaşmaq ehtimalı yüksəkdir. Bu münasibət həyatlarının ən ciddi addımı ilə nəticələnə bilər.
Macəra dolu sevgi hekayələri Oxatanları gözləyir. Bu il onlar üçün həm romantik səyahətlər, həm də yeni tanışlıqlar baxımından uğurlu olacaq. Uzaq məsafəli münasibətlər belə ciddi mərhələyə keçə bilər.
Balıqlar üçün 2026-cı il sevgi arzularının gerçəkləşdiyi bir dövr olacaq. Onlar ruh əkizləri ilə tanış ola və ya mövcud münasibətlərində yeni bir səhifə aça bilərlər.
23:25 14.02.2026
Oxunuş sayı: 486